Sentyabrın 19-dan sonra Ermənistan prezidenti Vaaqn Xaçatryan yoxa çıxıb. Görünən odur ki, o, son günlər Qarabağda baş verənlərdən narahat deyil. Hər halda, Ermənistan Prezident Aparatının saytında mövcud olan məlumatlar bu məsələlərin Xaçatryanı narahat etmədiyini göstərir.
Yenisabah.az xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Qəzet yazır ki, Ermənistan prezidentinin rəsmi saytında onun fəaliyyəti ilə bağlı sonuncu məlumat sentyabrın 21-də Ermənistanın Müstəqillik gününü təbrik edən zaman olub: Marqarita pizza
“Bundan sonra prezident sentyabrın 26-dək səssizliyini pozmayıb. Bu gün isə Çin səfiri ona etimadnaməsini təqdim edib və o, Çin səfirliyində olub. Xaçatryan dünən Çin prezidentini təbrik edib”.
Nəşrin məlumatına görə, son 1 həftə ərzində Qarabağda baş verən hadisələrə Ermənistan prezidentinin reaksiya verməməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb.
Telegram kanalımız