Ermənistan Rusiyaya alternativ tapdı -   Bu ölkəyə üz tutur

saytların hazırlanması

Evə çatdırılma

Ermənistan Rusiyaya alternativ tapdı - Bu ölkəyə üz tutur

Dünya

17 Sentyabr 2026 07:26 230


Rusiya ilə münasibətləri gərginləşən Ermənistan təbii qaz məsələsində yeni mənbələr axtarır. İrəvan qaz tədarükünü yalnız bir ölkədən asılı vəziyyətdə saxlamaq istəmir.

“Yeni Sabah” xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan ölkəsinin Rusiya, İran, Azərbaycan və Türkiyədən eyni vaxtda təbii qaz almağı nəzərdən keçirdiyini açıqlayıb. Simonyan bu barədə keçirdiyi mətbuat konfransında danışıb. O, Rusiyanın Ermənistana qazın qiymətini artıra biləcəyi ilə bağlı açıqlamalarına münasibət bildirib.

“Ermənistan bütün mümkün iqtisadi və təhlükəsizlik məsələlərində alternativləri və tarazlığı seçib və bundan sonra da belə edəcək. Bu siyasət davam edəcək”, - deyə Simonyan bildirib. pizza sifarişi

O qeyd edib ki, Ermənistan qaz tədarükü üçün mümkün olan bütün mənbələrdən istifadə etməyə hazırlaşır. Simonyanın sözlərinə görə, bu sırada Türkiyədən qaz alınması da mümkündür:

“Bir ölkədən asılılığımızı başqa bir ölkədən asılılıqla əvəz edəcəyimizi kim deyib? Biz bütün mümkün mənbələrdən - eyni vaxtda Rusiya, Azərbaycan, İran və Türkiyədən təbii qaz almağa hazırlaşırıq. Mən Rusiya qazının ucuz olduğunu düşünmürəm. Gördüyünüz kimi, qaz siyasi vasitə kimi istifadə olunur”.

Son aylarda Ermənistanla Rusiya arasında münasibətlərdə ciddi gərginlik yaranıb. Moskva İrəvanı Avropa İttifaqının standartlarını qəbul etməsinin mümkün iqtisadi nəticələri barədə dəfələrlə xəbərdar edib. Rusiya Prezidenti Vladimir Putin də Ermənistanın bu istiqamətdə irəliləməsi halında ölkəsinin Ermənistanla iqtisadi əlaqələri məhdudlaşdırmaq məcburiyyətində qala biləcəyini bildirib.

Mütəxəssislərin hesablamalarına görə, Ermənistan Avrasiya İqtisadi Birliyindən çıxarsa, enerji qiymətlərinin artması ölkənin ÜDM-nin ən azı 14 faizini itirməsinə səbəb ola bilər. Rusiyanın energetika naziri Sergey Tsivilyov isə İrəvana məktub göndərərək Ermənistanın Avropa İttifaqına üzvlük prosesini davam etdirməsi halında 2013-cü il dekabrın 2-də imzalanmış qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı sazişin dayandırıla və ya ləğv edilə biləcəyi barədə xəbərdarlıq edib.

Nazir həmçinin Ermənistanın Avrasiya İqtisadi Birliyindən Avropa İttifaqına keçməsi halında Rusiyanın ölkəyə hazırkı qiymətlə qaz verə bilməyəcəyini açıqlayıb.

Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan isə avqust ayında hökumətin Rusiyadan qazın qiymətinin mümkün artmasının nəticələrini hesabladığını bildirib. Onun sözlərinə görə, hökumət Rusiyanın qaz qiymətində mümkün artımını nəzərə alaraq bu məsələni risklərin qiymətləndirilməsi sisteminə daxil etməyi planlaşdırır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!