Ermənistanın keçmiş baş prokuroru Artur Davtyan separatçı rejimin “baş prokuror”u təyin oluna bilər.
Yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat verib.
Erməni nəşri yazır ki, sabiq prokuror hazırda Xankəndidədir və qondarma qurum təmsilçiləri ilə dialoq aparır. Sezar pizza
Məlumat üçün bildirək ki, Ruben Vardanyanın tanınmayan “DQR”in “dövlət naziri” vəzifəsindən qovulmasından sonra onun “postu”na qondarma “respublika”nın sabiq “baş prokuror”u Qurgen Nersisyan təyin olunub.
Hazırda “konstitusiya” islahatlarının getdiyi qondarma “DQR”də boş qalan “baş prokuror” vəzifəsinə isə Artur Davtyanın təyin ediləcəyi gözlənilir.
O, bu barədə şərh verməyib.
Telegram kanalımız