Eskalatorda yerimək rəsmən qadağan olundu

saytların hazırlanması

Evə çatdırılma

Eskalatorda yerimək rəsmən qadağan olundu

Dünya

05 Oktyabr 2023 12:32 727


Yaponiyanın Naqoya şəhərində eskalatorlarda yerimək qadağan edilib.

Yenisabah.az xəbər verir ki, qərar oktyabrın 1-dən qüvvəyə minib.

Bu, eskalatorda yıxılma və müvazinətin itirilməsi ilə bağlı hadisələri azaltmağa yönəlib. Sezar pizza

Yaponiya Liftlər Assosasiyasının araşdırmalarına görə, 2018-2019-cu illər arasında ümumən 805 bədbəzt hadisə eskalatordan düzgün istifadə edilməməsi ilə bağlıdır.

Yaponiyada eskalatorların sol tərəfi dayanmaq üçün, sağ tərəfi isə tələsənlər və yerimək istəyənlər üçün açıq qalır. Lakin Naqoya rəsmiləri indi insanların eskalatorda hər iki tərəfdə dayanılmasını istəyirlər. Böyük qatar stansiyalarında plakatlar asılıb və sərnişinlərdən qaydaya əməl edilməsi tələb olunur.

Nəzrin Musayeva 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!