"F-16" qırıcılarının Ukraynaya təhvil verilməsi Rusiya tərəfindən nüvə sahəsində Qərbdən gələn təhlükə kimi qiymətləndiriləcək.
Yenisabah.az Interfax-a istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Nazir diqqəti ABŞ və onun NATO peyklərinin Rusiya ilə birbaşa silahlı toqquşma riski yaratdığını və bunun fəlakətli nəticələrlə dolu olduğuna yönəldib. Sezar pizza
Lavrov bildirib: “Hadisələrin son dərəcə təhlükəli inkişafının bir nümunəsi ABŞ-ın Kiyev rejiminə "F-16" qırıcılarını təhvil vermə planlarıdır. ABŞ, İngiltərə və Fransanı məlumatlandırmışıq ki, Rusiya bu təyyarələrin nüvə silahı daşımaq qabiliyyətinə göz yuma bilməz. Bu məsələdə heç bir təminat kömək etməyəcək”.
Nazirin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadə şərtləri Hərbi Doktrinada aydın şəkildə müəyyən edilib.
Telegram kanalımız