Faktiki hava açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Faktiki hava açıqlandı

Sosial

17 May 2024 12:37 389


Mayın 17-si saat 12:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Yenisabah.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Naxçıvan, Gəncə, Şəmkir, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qax, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış, Laza (Qusar), Şahdağ, Qrız, Xınalıqda isə qar yağır.

Mayın 16-da yağan intensiv yağışlar nəticəsində Qabırrı-Kəsəmən (Samux) çayından qısamüddətli sel keçmişdir. Dominos pizza

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18 m/s, Naftalanda 17 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14, Naxçıvan MR-da 14, Aran rayonlarında 15, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!