Faktiki hava şəraiti AÇIQLANDI

saytların hazırlanması

Evə çatdırılma

Faktiki hava şəraiti AÇIQLANDI

Sosial

24 May 2024 19:27 486


Mayın 24-ü saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur.

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Altıağac, Xınalıq, Qusar (Laza), Xaltan, İsmayıllı, Qrız, Naftalan, Ağcabədi, Ağdam, Tərtər, Mingəçevirdə arabir yağış, Şahdağda isə sulu qar yağır. Marqarita pizza

Qrız, Şahdağ, Daşkəsən, Göygöl, Qax, Şəki, İsmayıllı, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 20-25, Aran rayonlarında 22-25, dağlıq rayonlarda 9-11, yüksək dağlıq ərazilərdə isə 2 dərəcəyədək isti olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!