Fazil Mustafadan SƏRT sözlər: “Onun belə səviyyəsiz...”

saytların hazırlanması

Evə çatdırılma

Fazil Mustafadan SƏRT sözlər: “Onun belə səviyyəsiz...”

Siyasət

06 Avqust 2026 14:16 224


Amerikalı esseist və risklərin idarə olunması üzrə mütəxəssis Nassim Nikolas Talebin Azərbaycana səfərdən imtina etməsi və bununla bağlı açıqlamaları ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

“Yeni Sabah” xəbər verir ki, Talebin qərarına münasibət bildirən millət vəkili Fazil Mustafa onun mövqeyini sərt şəkildə tənqid edib. Musavat.com-a danışan millət vəkili qeyd edib: "Əslində, bu dəvət tamamilə normal bir addımdır. Çünki strategiyamız "ermənipərəstdir" deyə kimisə kənara qoymaqdan ibarət deyil. Kim nə düşünürsə düşünsün, tanınmış bir şəxsin, böyük kitabların müəllifi və geniş oxucu kütləsi olan bir intellektualın gəlib ölkəmizlə tanış olması, Azərbaycan haqqında müsbət təəssürat formalaşdırması və mənfi təsəvvürlərin dəyişməsi düzgün bir strategiyadır.

​Sadəcə olaraq, bu adam kifayət qədər səviyyəsiz davrandı. Axı onun Azərbaycan barədə rəyi təkcə Vardanyana olan münasibəti ilə məhdudlaşa bilməz. Bura gəlirsən, mühiti görürsən, insanlarla ünsiyyətdə olursan, auditoriyanın suallarını cavablandırırsan və beləliklə, bir ölkədə oxucu kütləni genişləndirirsən". pizza

Fazil Mustafa Nassim Talebin yaradıcılığına bələd olduğunu və onun əsərlərini oxuduğunu da bildirib. Deputat məhz bu səbəbdən Talebin qərarını gözlənilməz hesab edir: "Mən Nassim Talebin demək olar ki, bütün əsərlərini oxumuşam, amma onun bu dərəcədə səviyyəsiz davranacağını gözləmirdim. Belə bir arqument irəli sürmək tamamilə məntiqsizdir. Bir şəxsə görə hansısa bir problem icad etmək doğru deyil və bunun nəticələri də yaxşı olmayacaq. Çünki o, bu addımı ilə buradakı oxucularını itirir".

Xatırladaq ki, Nassim Nikolas Taleb Azərbaycandan mühazirə üçün dəvət aldığını, lakin Vardanyana görə bu təklifi qəbul etmədiyini açıqlayıb. O, paylaşımında dəvəti göndərən qurum və ya təşkilatın adını açıqlamayıb.

Qeyd edək ki, Ruben Vardanyan Azərbaycan Respublikasına qarşı təcavüzkar müharibə, terrorçuluq, qanunsuz silahlı birləşmələrin yaradılması və digər ağır cinayətlərdə ittiham olunub. Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!