“Hamı məktəbə yeni formada getməlidir” - Aşıq Samirə

saytların hazırlanması

Evə çatdırılma

“Hamı məktəbə yeni formada getməlidir” - Aşıq Samirə

Şou

18 Oktyabr 2026 22:20 78


Aşıq Samirə Əliyeva son günlər müzakirələrə səbəb olan məktəbli formasından danışıb.

"Yeni Sabah" xəbər verir ki, o, bu barədə 106.3 FM-də qonaq olarkən danışıb. S.Əliyeva bildirib ki, övladları məktəbli forması ilə bağlı qaydalara hər zaman riayət edib:

“Qızım məktəbdə oxuyanda da, indi də oğlum məktəbli forması geyinir. Övladlarımı dövlət məktəbinə göndərmişəm. Nə qərar verilibsə, həmin formanı da almışıq. Hər ailənin fərqli sosial vəziyyəti var, varlısı da, kasıbı da. Uşaq məktəbdə bu fərqi görməməli, ayrı-seçkilik hiss etməməlidir. pizza hut

Biz hamımız bu vətənin övladları, şagirdləriyik. Aramızda varlı-kasıb fərqi olmamalıdır. İmkan valideynə məxsusdur, uşaqlar bunu düşünməməlidir. Məktəbdə uşaq kiminsə brend, kiminsə ucuz geyim geyindiyini hiss etməməlidir”./Axşam.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!