İstanbulda sel fəlakətində ölənlərin sayı artdı

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda sel fəlakətində ölənlərin sayı artdı

Dünya

18 Oktyabr 2026 17:55 79


Türkiyənin İstanbul şəhərində davam edən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı altı nəfərə çatıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

"İstanbulun Pendik rayonunda güclü leysan yağışlarının törətdiyi sel sularının avtomobili aparması nəticəsində itkin düşən iki nəfərdən birinin cəsədi tapılıb", - deyə bəyanatda bildirilir. pizza mizza

Məlumata görə, maşında olan üç nəfərdən biri avtomobilin şüşəsini sındıraraq ağac budağından tutmağı bacarıb və xilas olub. Digər iki nəfər isə güclü axına düşüb. Axtarış-xilasetmə tədbirləri zamanı onlardan birinin meyiti çıxarılıb, ikinci şəxsin axtarışları isə davam etdirilir. Həlak olan şəxsin kimliyi hələlik açıqlanmır.

Qeyd edək ki, oktyabrın 14-dən başlayan anomal leysan yağışları səbəbindən İstanbul son 83-84 ilin ən şiddətli sel fəlakəti ilə üz-üzə qalıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!