Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü

Hadisə

18 Oktyabr 2026 18:29 8814


Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb.

"Yeni Sabah" "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib.

Daşaltı kəndində oğurluq faktı ilə bağlı əraziyə baxış keçirərkən onu elektrik cərəyanı vurub. Nəticədə polis mayoru ağır xəsarətlər alıb. Marqarita pizza

Xəstəxanaya çatdırılan polis mayorunun həyatını xilas etmək üçün tibbi müdaxilələr edilib. Aldığı xəsarətlər səbəbindən onun qolları amputasiya olunub.

Uzun müddət müalicə alan Fərəc Həsrətov bu gün xəstəxanada dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!