Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Türkiyədə sel nəticəsində ölənlərin sayı altı nəfərə çatdı

Dünya

18 Oktyabr 2026 21:52 76


Türkiyənin İstanbul və Kocaeli şəhərlərində baş verən sel, daşqınlar nəticəsində həyatını itirənlərin sayı artıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, seldə itkin düşən Türkmənistan vətəndaşı Murad Babacanovun meyiti tapılıb. Həmçinin Kocaelidə də bir nəfərin meyiti 13 saat davam edən axtarışlardan sonra tapılıb. Bununla da ölənlərin sayı 6-ya çatıb. Bölgədə itkin düşən digər şəxslərin axtarışı davam etdirilir. pizza mizza

Xatırladaq ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!