Bir qrup rusiyalı senator Dövlət Dumasına birinci oxunuşda qəbul edilmiş “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun layihəsinə düzəliş təklif edib.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, düzəlişlər fərariliyə və ya döyüş hərəkətləri dövründə törədilmiş könüllü təslimə görə Rusiya vətəndaşlığından məhrum edilməni nəzərdə tutur.
Təklif senatorlar Andrey Klişas, Qriqori Karasin, Viktor Bondaryov və Andrey Yatskindən gəlib. Onların fikrincə, bu dövrlərdə bu cür əməllərin törədilməsi Rusiya Federasiyasının təhlükəsizliyinə ciddi təhlükə yaradır. Pepperoni pizza
Telegram kanalımız