Fərda şikayətləndi: “Bu işdə pul yoxdur“

saytların hazırlanması

Evə çatdırılma

Fərda şikayətləndi: “Bu işdə pul yoxdur“

Şou

23 Fevral 2023 12:54 877


Aktyor Fərda Xudaverdiyev konsertlərdən çox gəlir əldə etmədiyini söyləyib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb.

Fərda deyib ki, gələcək aylarda regionlarda konsert proqramları ilə çıxış edəcək: pizza hut

“Digərləri konsert etmir, çünki bu işdə pul yoxdur. Hər şey pul demək deyil. Konsertin adı böyükdür. Amma böyük pullar yoxdur. Yaradan şahiddir ki, çox qazanmadım. Mən xidmət üçün yaradılmışam. İnsanların, müəyyən kütlənin üzünə gülüş bəxş etmək mənim missiyamdır.

Gəncliyimdən, 16-17 yaşlarımdan bu işdəyəm. Regionlara gedəndə yol pulu, səhnə mikrofon və sairə. Bunları nəzərə alanda böyük pullar deyil, azdır. İstərdim ki, bütün sənətçilərimiz regionlara getsin. Azərbaycan tək payaxtdan ibarət deyil. Rayonlarda da bizi izləyirlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!