Azərbaycanda bunları ilk dəfə mən etmişəm - Abbas Bağırov

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bunları ilk dəfə mən etmişəm - Abbas Bağırov

Şou

05 Noyabr 2026 09:23 33


Abbas Bağırov musiqi sahəsində imza atdığı texniki yeniliklərdən söz açıb.

"Yeni Sabah" axşam.az-a istinadla xəbər verir ki, Əməkdar artist "Qonaqcanlı" verilişində bildirib:

"2008-ci ildən etibarən qulaq monitorlarından istifadə etməyə başladım. İlk dəfə 2005-ci ildə "iPad"dən istifadə etdim. O vaxt minidisklərdən "iPad"ə keçidi də mən etdim. Riskə getdim, amma bunu da ilk dəfə mən etdim. İndi baxırıq ki, musiqiçilər artıq səs gücləndiricilərini arxadan yox, öndən yerləşdirirlər. Bu yeniliyi də ilk dəfə 2009-2010-cu illərdə mən sınaqdan keçirdim. Çünki ilk peşəm səs rejissorluğu olub. Toyuqlu pizza

Səslənməni çox sevirəm. Bu gün getdiyim tədbirlərdə şərtlərimdən biri də mütləq öz səs avadanlığımın orada olmasıdır. Bəlkə də, kimsə haradasa bunu edib. Amma ölkədə mən etmişəm. Xarici ölkələrdə olanda maraqlanırdım ki, görəsən, müğənnilər qulaqlarına nə taxırlar, bu, nəyə kömək edir? Özüm də istifadə etdim və gördüm ki, səslənmədə fərq var".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!