“Fikirləşirdim, özümü dənizə atım” -   Azərbaycanlı ifaçının intihar planı

saytların hazırlanması

Evə çatdırılma

“Fikirləşirdim, özümü dənizə atım” - Azərbaycanlı ifaçının intihar planı

Şou

17 Oktyabr 2019 09:29 1026


Meyxanaçı-müğənni Samirə Yusifqızı  "Şou ATV" verilişinin növbəti qonağı olub. 

“Yeni Sabah” xəbər verir ki, ifaçı 22 yaş ondan böyük olan sevdiyi haqda danışıb. S.Yusifqızı evlənmək istədiyi şəxsin öz atasından 2 yaş böyük olduğunu deyib.  

Heç vaxt gəlinlik geyinmədiyini deyən Samirə ailə həyatı qurduğu şəxslə qaçmasından, onun ölümündən danışıb. Ərinin ölümündən sonra o, 2 uşağını tək böyütməli olub və oğlunun başına gələn dəhşətdən bəhs edib: Dominos pizza

"Gözümün qabağında övladım əlimdən gedirdi. İtələdilər çarhovuzun kənarından. Arxası üstə başı dəymişdi daşa. Başı tam açılmışdı. Alın sümüyü çıxmışdı. Alın sümüyünü 3 ay soyuducuda saxlamışdıq.Təsəvvür edin ki, hər dəfə soyuducunu açanda oğlunun sümüyünü görürsən… 3 gün oğlum komada yatdı. 2 ay xəstəxanın həyətində yatmışam. Mülküm, maşınım və qızıllarımı itirdim. Fikirləşirdim ki, özümü dənizə atım, dözə bilmirdim. Yoldaşımın ruhuna çox gedib yalvarmışam ki, bağışlasın məni”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!