Fransada mindən çox etirazçı həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Fransada mindən çox etirazçı həbs olundu

Dünya

19 İyul 2023 14:07 638


Fransada iğtişaşlarda iştirak edən mindən çox şəxs həbs cəzasına məhkum edilib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Erik Düpon-Moretti bildirib. 

Onun sözlərinə görə, həbs cəzası verilən 1056 nəfərdən 742-si real müddətə məhkum edilib. Məhkəmədən sonra 600 nəfər cəzaçəkmə müəssisələrinə göndərilib.  pizza hut

DİN rəhbəri övladları iğtişaşlarda iştirak edən valideynlərin də cəzalandırılacağını diqqətə çatdırıb: 

“Valideynlik hüququnu həyata keçirə bilən, lakin bunu etməyən insanlar uşaqların tərbiyəsini təhlükə altında qoyur. Cinayət məcəlləsində onları cəzalandırmaq imkanı verən maddə var”. 

Qeyd edək ki, Fransada iyun ayının sonlarında və iyulun əvvəlində iğtişaşlar baş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!