Gecə saat 04:00-a qədər davam edən işlərlə bağlı YENİ QƏRAR- RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Gecə saat 04:00-a qədər davam edən işlərlə bağlı YENİ QƏRAR- RƏSMİ

Xalqın səsi

19 Sentyabr 2026 12:03 367


Bakının Həzi Aslanov qəsəbəsində, metrostansiyanın yaxınlığında gecə saatlarında aparılan tikinti işləri ərazidə yaşayan sakinlərin narazılığına səbəb olub.

Sakinlərdən Zəfər Nəsirov “Yeni Sabah”a müraciət edərək işlərin gecə saat 00:00-dan səhər 04:00-a qədər davam etdiyini və bu vəziyyətin təxminən bir ildir davam etdiyini bildirib.

Məsələ ilə bağlı “Yeni Sabah” Bakı Metropoliteni QSC-yə müraciət edərək işlərin səbəbi, gecə saatlarında aparılmasının zərurəti və sakinlərin narahatlığından qurumun məlumatlı olub-olmadığını soruşub. Toyuqlu pizza

Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, sözügedən işlər dalan yollarının bərpası layihəsi çərçivəsində həyata keçirilir:

“Bildiririk ki, sözügedən tikinti meydançası dalan yollarının bərpası layihəsinə aiddir. Artıq podratçıya yerüstü icra edilən işlərin gecə saatlarında həyata keçirilməməsi ilə bağlı əlavə tapşırıq verilib”.

Sakinlərin narahatlığına səbəb olan gecə saatlarında yerüstü işlərin aparılmayacağı bildirilib. Beləliklə, ərazidə yaşayan sakinlərin gecə saatlarında yaranan səs-küylə bağlı narahatlığının aradan qaldırılması gözlənilir.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!