Rusiyanın Ermənistandakı bazasında növbəti qalmaqal – İki hərbçi həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Rusiyanın Ermənistandakı bazasında növbəti qalmaqal – İki hərbçi həbs olundu

Dünya

09 Noyabr 2026 19:19 38


Rusiyanın Gümrüdəki hərbi bazasının hərbçilərinin iştirakı ilə baş verən növbəti insidentdən sonra iki rusiyalı hərbçi həbs olunub. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Ermənistan xidməti məlumat yayıb.

Onlar Ermənistanda cəzaçəkmə müəssisəsində saxlanılır.  Məişət texnikası

Zərərçəkən Ukrayna vətəndaşı Dmitri Samuilenkodur. O, hüquq-mühafizə orqanlarına müraciət edərək iki hərbçinin Gümrünün Ani məhəlləsində onu döydüyünü bildirib. Hadisə təxminən bir ay əvvəl baş verib.

İstintaq Komitəsindən bildirilib ki, bir qrup şəxs tərəfindən fiziki zorakılıq göstərilməsi maddəsi ilə cinayət işi başlanıb və məhkəmə-tibbi ekspertizası təyin edilib. Hərbi bazanın iki hərbçisi sağlamlığa yüngül zərər vurmaq ittihamı ilə həbs olunub.

İnsidentin hansı səbəbdən baş verdiyi və rusiyalıların ukraynalını nə üçün döydüyü hələlik məlum deyil. Nə Rusiya hərbi bazası, nə də Rusiyanın Ermənistandakı səfirliyi bu və digər insidentlə bağlı hər hansı şərh verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!