Gənclər Azercell-in dəstəyi ilə daha 3 medal qazandılar 

saytların hazırlanması

Evə çatdırılma

Gənclər Azercell-in dəstəyi ilə daha 3 medal qazandılar 

Sosial

23 Avqust 2024 16:28 298


14-22 avqust 2024-cü il tarixlərində Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (EJOI) baş tutub. 

Sözügedən müsabiqədə Azərbaycan məktəblilərimiz tərəfindən uğurla təmsil olunub. 

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Həsən Vəliyev gümüş, Bakı şəhəri, Bakı Türk Anadolu liseyinin 9-cu sinif şagirdi Əhməd Qənbərli və Sumqayıt şəhəri, 23 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Muhammedali Əhmədov bürünc medal qazanıblar.  pizza hut

Yeniyetmələrin Avropa İnformatika Olimpiadasına 2017-ci ildən etibarən qatılan məktəblilərimiz bu müsabiqədə ümumilikdə 4 gümüş və 8 bürünc medal qazanmağa müvəffəq olublar.

Qeyd edək ki, 7 ildən çoxdur ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində Azərbaycan komandası müxtəlif yaş qrupları üzrə proqramlaşdırma müsabiqələrində əldə etdiyi ümumi medal sayını 77-yə çatdırıb.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!