Polad Həşimovun anasından sərt sözlər:   “Onun ağlı üstündədir, ya yox...”

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovun anasından sərt sözlər: “Onun ağlı üstündədir, ya yox...”

Sosial

16 Oktyabr 2021 14:00 13805


“Həmin şəxsin nə ixtiyarı var ki, şəhidləri təhqir etsin!? Kimliyindən asılı olmayaraq, şəhidə toxunmağa heç kimin haqqı yoxdur".

Bunu Yenisabah.az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhidlərlə bağlı təhqiramiz ifadələr işlədən Tovuz sakini Aqil İbrahimov barəsində 15 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Dördpendirli pizza

Şəhid anası həmin hadisəni bu cür dəyərləndirib:

“Bu məsələdə, ilk növbədə, bilmək lazımdır ki, şəhidləri təhqir edən şəxs ağlı üstündə adamdır, ya yox. İkincisi, həmin adamın şəhid verən bir yaxını varmı və ya ailəsindən kimsə şəhid olubmu, orduda işləyəni varmı, bunları araşdırmaq mütləqdir.

Yəqin ki, şəhidləri təhqir edən şəxsin içində şəhidlik yanğısı yoxdur. Allah ona bir şəhidlik yanğısı versəydi, o zaman anlyardı şəhidlik dərdi necə olur. Şəhidlərə heç kim toxuna bilməz, heç kim!”

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!