Göyçayda dava, bir nəfər yaralandı

Göyçayda dava, bir nəfər yaralandı
İyun 15, 2019 11:42
Oxunma sayı: 144

Göyçay rayonunda toy mərasimində dava düşüb. 

“Yeni Sabah” xəbər very ki, hadisə ötən gecə rayonun Ləkçiplaq kəndində qeydə alınıb. 

Rayonda fəaliyyət göstərən "Kənan" restoranında keçirilən toy mərasimində 1984-cü il təvəllüdlü İbrahimov Elson Tofiq oğlu ilə 1994-cü il təvəllüdlü Səmədov Çingiz Yaqub oğlu arasında şəxsi münasibətlər zəminində dava baş verib. 

Qonaqların qarşısında bir-birlərini söyüşlə təhqir edən gənclərin davası toydan sonra yaşadıqları Ləkçiplaq kəndində davam edib. 

Çingiz Səmədov qonşusu Elson İbrahimovun döş qəfəsinə bıçaqla ağır xəsarət yetirib. O, Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. 

Hazırda onun vəziyyəti ağır olaraq qalır. Faktla bağlı araşdırma aparılır.

Yenisabah.az