Göyçayda əti çirkli su ilə yuyan qəssabxana aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Göyçayda əti çirkli su ilə yuyan qəssabxana aşkarlandı

Sosial

10 May 2021 15:07 1304


Göyçayda polis və AQTA əməkdaşlarının birgə iştirakı ilə monitorinq keçirilib.

AQTA-dan Yenisabah.az-a verilən məlumata görə, sanitar vəziyyətin qiymətləndirilməsi, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Göyçay Rayon Polis Şöbəsi və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının birgə iştirakı ilə heyvan kəsimi məntəqələrində monitorinq keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı icarədar, Göyçay şəhər sakini Elnur Yahyayevin işlətdiyi heyvan kəsimi məntəqəsində sanitar-gigiyenik normaların pozulması, ətlərin natəmiz sularla yuyulması aşkar edilib. Həmin şəxslə profilaktik söhbət aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci ( Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunub. Dördpendirli pizza

Həmçinin, şəhər ərazisində baytar-sanitar ekspertizadan keçmədən ət satışı, eləcə də qayda və normalara cavab verməyən mağazalarda heyvan kəsimi ilə məşğul olan fərdi sahibkarlar aşkarlanıb. Onların da barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!