“Göyçək Fatimə” ləqəbilə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva yenidən diqqətləri öz üzərinə çəkib.
Yenisabah.az xəbər verir ki, 44 yaşlı sənətçi qadınlarla bağlı paylaşım edib.
"Bu həyatda kişilərdən çox güclü qadınlar var. Ömrünü sevdikləri uğrunda heç düşünmədən xərcləyən qadınlar... Demək ki, güc sıxılan yumruqda deyil, acıların üstünə getməkdədir. Əsl güclü olan bilək yox, sevgi dolu ürəkdir. Yaxşı insan ol, amma bunu sübut etmək üçün vaxt xərcləmə" - deyə Fətəliyeva yazıb. Dördpendirli pizza
Qeyd edək ki, rəqqasə Fatimə Fətəliyeva 15 ildir Xəyal adlı şəxslə evlidir. Cütlüyün bu nikahdan Hüseyn adlı bir oğlu var.
Rəqqasənin birinci evliliyindən isə Aydan adlı qızı dünyaya gəlib.
Telegram kanalımız