“İnsanlar fərqli psixologiyaya sahibdir. Buna səbəb də onların fərqli ailələrdə böyüməsi, fərqli tərbiyə sistemi görməsidir. (liberal, avtoritar, güvənverici ailə tipləri var) Fərqli tərbiyə verən ailələr cəmiyyət üçün də fərqli tiplər yetişdirir. Bu baxımdan hər birimizin düşüncəsi, yaşam tərzi də fərqli olur. Biz həmişə olduğumuz vəziyyətdən daha üstünlərini, daha yüksəkdə olmağı istəyirik, amma düşünmürük ki, durduğumuz yerdən aşağı yer də bizə qismət ola bilər, aşağıya da enmiş ola bilərik”.
Bu sözləri Yenisabah.az-ın əməkdaşı ilə söhbətində insanların zəlzələ, digər təbii fəlakətlər zamanı bütün mənfi düşüncələrdən xilas olaraq, xeyriyyəçiyə, yardımsevərə çevrilməsinə münasibnət bildiriən psixoloq Gülnar Orucova deyib. Psixoloq qeyd edib ki, biz adi vaxt yaxınlarımızın qədrini bilmirik, insan kimisə itirəndə onun qədrini bilir: “Əgər yanımızdadırsa, biz ona dəyər vermirik, sanki hər zaman yanımızda olmalıymış, qayğımıza qalmalıymış, amma o insan bizi tərk edəndə anlayırıq ki, onu itirdik və dəyər verməyə başlayırıq.
Biz nəyisə itirəndə ona daha çox dəyər veririk. Amma onu itirənə qədər anlamırıq ki, o, bizim üçün dəyərli imiş. Bəzən bir insan bizim enerji qaynağımız olur, lakin biz anlamırıq ki, o bizə enerji verir. Pepperoni pizza
Biz kütlə və xalq olaraq da beləyik. Nə isə pis bir hadisə olmalıdır ki, birləşək. Yaxşı hadisələrdə birləşmirik. Amma qəza olanda ətrafa nə qədər insan yığışır. Amma o qəzaya qədər anlamırıq ki, yüksək sürət ölüm yarada bilər.
Həmin vaxt sanki beynimiz acı çəkənin yanında olur, bu mərhəmət hissindən qaynaqlanır. Amma mütləq bir insan acı çəksin ki, ona mərhəmət göstərək yanaşması doğru bir şey deyil. Bu humanizm prinsipinə dayanmır. Humanizm odur ki, sən insanların hər bir halında yanında olursan”.
Psixoloq daha sonra əlavə edib ki, bir insanı pisləyirlərsə, hamı bunu davam edir: "Məsələn sosial şəbəkələrdə bir postun altına kimsə pis bir şey yazırsa, gerisi də belə davam edir. İnsanlar postdakı adamı tanıdı-tanımadı başlayırlar haqqında pis fikirlər səsləndirməyə. Amma biri yaxşı fikir səsləndirsə, gerisi də yaxşı gələcək. Millət olaraq biz də ən çox faciədə və pis hadisələrdə insanların yanında oluruq, nəinki yaxşı hadisələrdə. Bu da kiçik yaşlarından öyrənilmiş bir şeydir. Uşaq ağlayanda ona nəyisə veririk, bu da onun şüuraltında formalaşır, böyüyəndə də elə düşünür ki, kiminsə ancaq pis anında, ağlayanda yanında olmaq lazımdır. Bu olmayanda ona dəstək olmaq istəmirik”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız