Güclü qar avtomobillərin hərəkətini çətinləşdirdi   - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Güclü qar avtomobillərin hərəkətini çətinləşdirdi - Fotolar

Sosial

17 Mart 2022 16:03 544


Azərbaycanda yağan qar avtomobil yollarında çətinliklər yaradıb. 

Bu barədə "Yeni Sabah"a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, respublikanın bir sıra rayonlarında qarın yağması ilə əlaqədar DYP tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. pizza sifarişi

Hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisində, eləcə də Bakı-Şamaxı-Yevlax yolunun “Muğanlı dairəsi” adlanan hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir.

Bunula yanaşı, digər avtomobil yollarında da sürücülərlə profilaktik söhbətlər aparılır, yollarda olan vəziyyət barədə onlara məlumat verilir.

"Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edir", - İdarədən bildirilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!