“Gürcüstan dekabrda Avropa İttifaqı üzvlüyünə namizəd ölkə statusu almağa ümid edir”.
Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” Partiyasının sədri İrakli Kobaxidze bildirib.
“Gürcüstan status almaq üçün Avropa Komissiyasının 12 tövsiyəsinin hamısını yerinə yetirib. Bu halda ölkəyə namizəd statusunun verilməməsi üçün bir səbəb belə yoxdur. Bütün bunlar sənədləşdirilib. Status verilməsə, bu, pis siqnal olacaq”. Sezar pizza
Bundan başqa, İ. Kobaxidze Gürcüstanın Ukrayna və Moldova ilə birlikdə namizəd ölkə statusunu almağa layiq olduğunu, lakin bir il əvvəl Brüsseldə rəsmi Tbilisiyə qarşı haqsızlıq olduğunu qeyd edib.
Telegram kanalımız