Gürcüstan prezidenti ilə bağlı məhkəmə qərarı

saytların hazırlanması

Evə çatdırılma

Gürcüstan prezidenti ilə bağlı məhkəmə qərarı

Dünya

16 Oktyabr 2023 15:34 453


Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvilinin impiçmenti tələbini təmin edib. 

Yenisabah.az “Sputnik Georgia”ya istinadla xəbər verir ki, bu barədə qurumdan bildirilib. 

Məlumata görə, prezident Zurabişvili xaricə səfərinə görə “qanunları pozub” və bu, impiçment prosesinin başlanmasına imkan yaradıb. Marqarita pizza

Xatırladaq ki, S. Zurabişvili ilə hakim “Gürcü arzusu” Partiyası arasında Ukrayna müharibəsindən sonra münasibətlər getdikcə gərginləşib. Prezident Baş nazir İrakli Qaribaşvilini Rusiyapərəst siyasətdə ittiham edərək Rusiyaya qarşı olan sanksiyalardan rəsmi Tbilisinin yan durmasının yanlış addım olduğunu qeyd etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!