Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI:   Çox təhlükəlidir

saytların hazırlanması

Evə çatdırılma

Hamilə qadınlara koronavirus XƏBƏRDARLIĞI: Çox təhlükəlidir

Sosial

29 Aprel 2021 13:03 567


Oksford Universitetinin alimləri COVID-19-un hamilə qadınlar üçün əvvəllər düşünüləndən daha çox təhlükə yaratdığını sübut ediblər.

Yenisabah.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, 2020-ci ilin martından oktyabr ayına qədər tədqiqatçılar 18 ölkədən 2130 hamilə qadını izləyib, onlardan 706 nəfərinə COVID-19 diaqnozu qoyulub.

COVID-19-a yoluxan hər xəstə üçün eyni xəstəxanadan eyni zamanda iki hamilə sağlam qadın olub. Mütəxəssislər, xəstəxanaya gətirilənə və çıxana qədər vəziyyətlərini izləyiblər. Marqarita pizza

SARS-CoV-2 infeksiyası olan hamilə qadınların ağır infeksiyalar, reanimasiya şöbəsində xəstəxanaya qaldırılma və hətta ölüm riski (50 faizdən daha yüksək) olduğu ortaya çıxıb.

Körpələr də vaxtından əvvəl doğulub (3 dəfə) və digər ağırlaşmalara məruz qalıblar. Əlamətsiz xəstələrdə risklər COVID-19 olmayanlarla eyni olub. (lent.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!