Həbsdəki qardaşına narkotik aparan şəxs tutuldu 

saytların hazırlanması

Evə çatdırılma

Həbsdəki qardaşına narkotik aparan şəxs tutuldu 

Kriminal

19 İyul 2024 13:39 933


Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin keçirdiyi tədbirlərlə Bakı İstintaq Təcridxanasına narkotik keçirilməsinin qarşısı alınıb. 

Yenisabah.az xəbər verir ki, həbs edilmiş şəxs Elmin Rahim oğlu Məmmədovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 2 ədəd bükülüdə 0,440 qram qurudulmuş marixuana aşkar olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Penitensiar Xidmət cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğunu xatırladıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!