İran ABŞ-yə yeni təklif göndərdi

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-yə yeni təklif göndərdi

Dünya

01 May 2026 17:12 78


İran yeni təkliflərini ABŞ-yə göndərib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı İranın diplomatik mənbələrinə istinadən “Al Jazeera” yayıb.

Bildirilib ki, Tehran rəhbərliyi sülhə yönəlmiş təşəbbüsü Pakistan vasitəsilə Vaşinqtona çatdırıb.

Qeyd edək ki, tərəflər arasında bundan əvvəl keçirilən danışıqlar nəticəsiz qalıb. ABŞ və İsrailin fevralın 28-də İrana hücumlarından sonra 8 aprel tarixində müvəqqəti atəşkəs əldə olunsa da, sonrakı görüşlərdə razılıq əldə edilməyib.

Məlumata görə, tərəflər arasında əsas fikir ayrılıqları, xüsusilə ABŞ-nin Hörmüz Boğazının blokadası ilə bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!