Təhsil idarəsində yeni təyinat -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Təhsil idarəsində yeni təyinat - FOTO

Sosial

01 May 2026 16:24 134


Şirvan-Salyan Regional Təhsil İdarəsində İnzibati Təşkilat sektorunda müdir vəzifəsinə təyinat olub.

Bu barədə "Yeni Sabah"a qurumdan məlumat verilib.

Bildirilib ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevin müvafiq əmrinə əsasən Əsgərov Tofiq Akif oğlu İnzibati Təşkilat sektorunun müdiri vəzifəsinə təyin edilib.

Tofiq Əsgərov Sumqayıt Dövlət Universitetinin coğrafiya müəllimi ixtisası üzrə bitirib. 2008-2014-cü illərdə müəllim, 2014-2023-cü illərdə müxtəlif dövlət qurumlarında məsləhətçi vəzifələrində çalışıb. 2023-cü ilin yanvar ayından yeni təyinatadək Lənkəran-Astara RTİ-də İnzibati Təşkilat sektorunda baş məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

Aytac Əliyeva


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!