“Heç kim istəməz ki, toydan çıxıb yasa getsin”   - Psixoloq

saytların hazırlanması

Evə çatdırılma

“Heç kim istəməz ki, toydan çıxıb yasa getsin” - Psixoloq

Sosial

10 Aprel 2021 14:25 708


Toylarla bağlı qadağanın ləğv olunmasına dair çağırışlar hər gün artır. Artıq Milli Məclisin bəzi deputatları da bu kampaniyaya qoşulub. 

Toylara icazə verilməlidirmi? İcazənin verilməsi hansı təhlükə yaradır? Toy məclislərinə qoyulan qadağa genefondumuz üçün təhlükə sayılırmı?

Məsələylə bağlı Yenisabah.az-a danışan psixoloq Vüsalə Rüstəm deyib ki, insan sosial varlıqdır, o,  öz sevincini də, kədərini də  başqaları ilə bölüşməyi sevir: “Amma dünyanı cənginə alan virusun sürətlə yayılması fərqli situasiya yaradıb. Bu xəstəlik yaxın məsafədə və qapalı mühitdə, buxarlanma, yaxşı havalandırma olmayan yerdə sürətlə yayılır. Bəzi qonşu ölkələrdə bir müddət kütləvi məclislərin olmasına göz yumdular. İndi yoluxma sayı vəziyyətin necə dəhşətli olduğunu göstərir. Məsələn, qardaş Türkiyədə bir gündə virusa yoluxanların sayı 50 min nəfərdən çoxdur. Bu, böyük və qorxulu rəqəmdir”. Sezar pizza

Psixoloq deyib ki, çağırış edən insanların çoxu məsələnin ciddiliyinin fərqində deyil. Onun sözlərinə görə, masa ətrafında 4 nəfərin, yoxsa 50 nəfərin əyləşməsi fərqli məsələlərdir və fərqli nəticəyə gətirib çıxarır: “Toyda heç kim ara məsafəsi saxlamır, içki məclislərin çoxunda bu qayda mütləq pozulur. İçki içən insan təhlükəni unudur, kim qarşısına çıxsa onunla görüşür, rəqs edir, söhbətləşir. Qonaqların arasında yaşlı qohumlar da olur. Təbii ki, qohumlardan immun sistemi zəif olanlar, xroniki xəstəliyi olanlar var. Heç kim istəməz ki, oğlunun, ya da qızının toyundan sonra nəslinin yarısı xəstəxanada yaşamaq uğrunda mübarizə aparsın və ya ölüm hadisəsi olsun. Belə həssas durumda çağırış edən insanların tibbi savadı olmalıdır, eqoistcəsinə restoranını və qazanacağı pulu düşünməməlidir. Virusun öldürücülük qabiliyyəti, yoluxma surəti azalmayanadək nəinki 1000-500, hətta 100 nəfərlik toylar insanlar üçün qorxulu məkan sayılır”.

Vüsalə Rüstəm kütləvi toy mərasimlərinə qoyulan qadağanın genefondumuz üçün hər hansı təhlükə yaratmadığını deyib: “Heç kimə nikaha girməyi qadağan etmirlər. İstəyən insan yenə də evlənir. İnsanların çoxu vaxtilə toylara gedib və pul xərcləyib. Məncə, əsas əngəl budur. Obrazlı desək, “pul batır”. Amma gələcəkdə bu vəziyyətdən də çıxış yolu tapılacaq. İstəyən insan adi bank köçürməsi ilə öz hədiyyəsini yeni qurulmuş ailəyə göndərə bilər. Bu qadağalar gənclərə mane olmamalıdır. Ailə qurmaq üçün güclü hisslər, ailənin məsuliyyəti, qarşılıqlı hörmət yetərlidir”.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!