Həftəsonu yollarda təhlükə ilə bağlı xəbərdarlıq --   BDYPİ HƏRƏKƏTƏ KEÇDİ

saytların hazırlanması

Evə çatdırılma

Həftəsonu yollarda təhlükə ilə bağlı xəbərdarlıq -- BDYPİ HƏRƏKƏTƏ KEÇDİ

Sosial

29 Avqust 2026 09:37 111


Həftəsonu ilə əlaqədar yollarda hərəkət intensivliyinin artması və bəzi ərazilərdə yağışlı-küləkli hava şəraiti sürücülərdən daha diqqətli olmağı tələb edir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

İdarə sürücülərə hava və yol şəraitini düzgün qiymətləndirməyi, sürəti mövcud şəraitə uyğun seçməyi və nəqliyyat vasitələri arasında ara məsafəsini artırmağı tövsiyə edib. pizza

Qeyd olunub ki, yağışlı hava zamanı yol örtüyünün sürüşkən olması və görmə məsafəsinin azalması nəzərə alınmalıdır. Küləkli havada isə nəqliyyat vasitəsinin idarəetmədən çıxma ehtimalına qarşı xüsusilə ehtiyatlı davranmaq vacibdir.

BDYPİ kəskin manevrlərdən və ani tormozlamadan çəkinməyi də tövsiyə edib.

Səfərə çıxmazdan əvvəl avtomobilin texniki sazlığı, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin vəziyyəti yoxlanılmalıdır.

İdarə həftəsonunu təhlükəsiz keçirmək üçün bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə və həm özlərinin, həm də digər şəxslərin təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!