Hərbi hissədə Novruz bayramı ilə bağlı tədbir keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Hərbi hissədə Novruz bayramı ilə bağlı tədbir keçirildi

Sosial

20 Mart 2021 17:36 789


Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin iştirakı ilə “N” hərbi hissəsində Novruz bayramı qeyd olunub.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, çıxış edənlər tədbirə dəvət olunmuş şəhid ailələrini Novruz bayramı münasibəti ilə təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıblar. Dominos pizza

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblının solistlərinin ifasında qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən mahnı və marşlar səsləndirilib.

Tədbirin sonunda şəhid ailələrinə bayram hədiyyələri və sovqatı təqdim edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!