Heydər Əliyev Fondundan daha bir humanist addım

saytların hazırlanması

Evə çatdırılma

Heydər Əliyev Fondundan daha bir humanist addım

Sosial

20 Mart 2021 15:55 795


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı münasibətilə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələrə ərzaq sovqatları çatdırılıb.

Fonddan Yenisabah.az-a verilən məlumata görə,  aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu mütəmadi  olaraq bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

Ötən müddətdə respublika üzrə sosial yardıma ehtiyacı olan alan minlərlə ailəyə Yeni il, Novruz və Qurban bayramlarında sovqatlar çatdırılıb, onlar üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Toyuqlu pizza

Budəfəki Novruz bayramında isə respublika üzrə ümumilikdə 100 min ailəyə baş çəkilib, onlara Fondun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb.

Qeyd edək ki, sovqatların ailələrə çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri dəstəyi ilə həyata keçirilib.

“Aqrar Tədarük və Təchizat” ASC və “Azərpoçt” MMC sovqatların regionlara daşınması və paylanmasına dəstək verib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!