Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var

saytların hazırlanması

Evə çatdırılma

Həyətdə ot yandırmaq istəyənlər oxusun – 10 min cəriməsi var

Sosial

30 İyul 2026 18:14 7357


Yay aylarında şəhərətrafı qəsəbələrdə və yaşayış evlərinin sıx yerləşdiyi ərazilərdə qurumuş otların, alaq bitkilərinin, budaq və digər bitki qalıqlarının yandırılması müşahidə olunur. Lakin bir çox hallarda bu tüstü təkcə yandırılan həyətdə qalmır. Qatı qara tüstü ətraf küçələri bürüyür, sakinlərin nəfəs almasını çətinləşdirir. Bəzən tüstünün həcmi o qədər böyük olur ki, uzaqdan baxdıqda ərazidə yaşayış evinin və ya başqa obyektin yandığı təəssüratı yaranır. Üstəlik, yaşayış məntəqələrinin içərisində nəzarətsiz şəkildə od qalamaq yanğının ətraf tikililərə keçməsi riskini də artırır.

Bəs həyətyanı sahələrdə bitki qalıqlarının yandırılması qanunvericilik baxımından nə dərəcədə doğrudur? Belə hallarda vətəndaşları hansı hüquqi məsuliyyət gözləyir?

''Yeni Sabah' xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Pərviz Hüseynov bildirir ki, İnzibati Xətalar Məcəlləsinin 234.0.5-ci maddəsinə görə, ot və bitki qalıqlarının yandırılması atmosfer havasını çirkləndirdiyi üçün qadağandır: ShopByBro

“Qanunvericilik atmosfer havasının çirkləndirilməsinə görə də inzibati məsuliyyət nəzərdə tutur. Tullantıların və bitki qalıqlarının yandırılması nəticəsində havanın çirklənməsi fiziki şəxslər üçün 300 manatdan 700 manatadək, vəzifəli şəxslər üçün 2500 manatdan 4000 manatadək, hüquqi şəxslər üçün isə 7500 manatdan 10 min manatadək cərimə ilə nəticələnə bilər”.

Hüquqşünasın sözlərinə görə, həyətyanı sahələrdə odla ehtiyatsız davranış yanğın təhlükəsizliyi qaydalarının pozulması hesab oluna bilər. Əgər bu cür hərəkətlər nəticəsində yanğın baş verərsə və ya əmlaka ziyan dəyərsə, məsuliyyət daha da ağırlaşa bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Cəbrayıl
    Elə şadliq evləri varki tustusu meşə yanginindan coxdur.Məsəl...Təbrik sadluq evində toy olanda Ukraina dairəsi tustuyə bulanir. Bizim evin yaninda kafedə kabab bişriləndə qapi pencərəni baglayiriq.
    4 months ago
  • Məmmədov mahmud
    Nə olar bu ümumi həyəti bazara göndərənlər üçün də bir qərar verin on il yaxındır bir alçaq həyəti bazara döndərib, oğlu ordudan qaçıb,nözü guya ixtisas seçimi egir, adambaşı 50 manat, on gündə həyət olur bazar, səs,- key, abırsızlıq.
    4 months ago