Hindistan Çinlə sərhədə qoşun yığır

saytların hazırlanması

Evə çatdırılma

Hindistan Çinlə sərhədə qoşun yığır

Dünya

14 Avqust 2023 18:28 928


Çin və Hindistan arasında Himalay dağlarında sərhəd münaqişəsinin həllinə dair danışıqların 19-cu raundu öncəsi Hindistan Hərbi Hava Qüvvələri Ladax bölgəsinin şərqinə 68 min əsgər və çoxlu sayda hərbi texnika cəlb edib. 

Metbuat.az xəbər verir ki, bu barədə “Hindustan Times” adını açıqlamaq istəməyən rəsmilərə istinadən xəbər verib. Bildirilib ki, Çin və Hindistan arasında hərbi səviyyədə davam etməsi gözlənilən görüşdən əvvəl Ladax bölgəsində hərbi fəaliyyət artıb. Hindistanın Hərbi Hava Qüvvələri Ladaxın şərqinə böyük miqdarda hərbi texnika, o cümlədən 68 min əsgər, 330 piyada döyüş maşını, 90 tank, bir neçə artilleriya silahı, yerdən havaya idarə olunan silahlar və radarlar yerləşdirib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!