Hindistan İran vasitəsilə Ermənistana silah tədarük edir

saytların hazırlanması

Evə çatdırılma

Hindistan İran vasitəsilə Ermənistana silah tədarük edir

Dünya

26 İyul 2023 16:13 763


İranın Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistana hərbi yükün olduğu avtomobil karvanının hərəkəti videogörüntülərdə qeydə alınıb.

“Yeni Sabah” “Caliber”ə istinadən xəbər verir ki, yük İranın Bəndər Abbas limanına çatdırılıb.

Yük maşınlarının üzəri örtülsə də, onların hərbi məqsəd daşıdığı aydın görünür. Bildirilib ki, silah göndərən tərəf son vaxtlar Ermənistanın hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Pepperoni pizza

Açıq mənbələrdən məlum olduğu kimi, Ermənistan və Hindistan 400 milyon dollarlıq hərbi müqavilə imzalayıb.

Son zamanlar iki ölkənin hərbçiləri arasında tez-tez təmasların olması da onlar arasında hərbi əməkdaşlığın güclənməsindən xəbər verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!