Hindistanda zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində azı 8 nəfər ölüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə Hindistanın Kota bölgəsində, Dehli-Mumbay magistral yolunda baş verib. Bhopal şəhərindən Racastan ştatındakı Kxatu-Şyam məbədinə gedən avtobus idarəetmədən çıxaraq yol kənarındakı xəndəyə aşıb.
Qəza zamanı avtobusda 25 nəfərin olduğu bildirilir. Ölənlərlə yanaşı, çox sayda insanın yaralandığı qeyd olunur. Sərnişinlər arasında yaşlıların və uşaqların da olduğu məlumdur. Marqarita pizza
Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir. Qəzanın başvermə səbəbləri araşdırılır. İlkin ehtimala görə, sürücü idarəetməni itirdikdən sonra avtobus yoldan çıxıb.
Telegram kanalımız