ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

saytların hazırlanması

Evə çatdırılma

ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb

İqtisadiyyat

17 Oktyabr 2026 13:28 95


Azərbaycan Beynəlxalq Bankının ("ABB") sistemində yaranan texniki nasazlıq müştərilər arasında narazılığa səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən vətəndaşlar başqa banklardan "ABB" kartlarına göndərilən vəsaitlərin hesaba oturmadığını və ödənişlərdə ciddi gecikmələrin yaşandığını bildirirlər.

“Yeni Sabah” xəbər verir ki, şikayətlərə reaksiya verən "ABB" rəsmi nümayəndələri texniki çətinliklərin olduğunu təsdiqləyiblər.

Bank tərəfindən verillən rəsmi açıqlamada deyilir: "Yaranmış narahatlığa görə üzr istəyirik. Hazırda texniki səbəblərdən mədaxil və məxaric əməliyyatlarının icrasında müvəqqəti çətinliklər müşahidə olunur. Çətinliyin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. Əməliyyatların bərpası üçün bir qədər gözləməyinizi xahiş edirik." Sezar pizza

Qeyd edək ki, hazırda bankın mütəxəssisləri tərəfindən sistemin bərpası istiqamətində işlər davam etdirilir.

Nazim Hacıyev

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!