Neymar:   Dünyanın ən yaxşısı Yamaldır

saytların hazırlanması

Evə çatdırılma

Neymar: Dünyanın ən yaxşısı Yamaldır

İdman

17 Oktyabr 2026 13:31 42


Braziliya futbolunun ulduzu Neymar sosial media hesabında "Barselona"nın gənc istedadı Lamine Yamal haqqında diqqətçəkən paylaşım edib. 

“Yeni Sabah” xəbər verir ki, təcrübəli hücumçu gənc futbolçunun performansını yüksək qiymətləndirərək "Lamine Yamal dünyanın ən yaxşısıdır" ifadəsini işlədib.

Bundan əlavə, Neymar və Lamine Yamal sosial şəbəkələrdə hər iki futbolçunun statistik göstəricilərini müqayisə edən xüsusi bir paylaşımı da eyni vaxtda bölüşüblər.  Dördpendirli pizza

Dünya futbolunun iki fərqli nəslini təmsil edən ulduzların bu qarşılıqlı jesti azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Nazim Hacıyev


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!