Nadir Qafarzadə toy təşkilatçılarını biabır etdi: “Tikək sizin ağzınızı”

saytların hazırlanması

Evə çatdırılma

Nadir Qafarzadə toy təşkilatçılarını biabır etdi: “Tikək sizin ağzınızı”

Şou

17 Oktyabr 2026 13:25 70


Müğənni Nadir Qafarzadə bəzi toy təşkilatçılarının ifaçı seçiminə müdaxilə etməsindən narazılığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi sosial şəbəkədəki paylaşımında bəzi təşkilatçıların toy sahiblərinin istədiyi müğənniləri məclisə dəvət etməsinə mane olduğunu yazıb. Onun sözlərinə görə, həmin şəxslər yalnız əməkdaşlıq etdikləri ifaçıları tövsiyə edirlər.

“Sözüm bəzi haramzadələrədir. Heç utanmırsınız? Evinizə haram pul aparırsınız. Bəzi təşkilatçılaradır sözüm. Onların çoxu toy sahibinin bəyəndiyi ifaçını məclisdə çıxış etməyə qoymur. Tüpürək sizin üzünüzə, qeyrətinizə, abırınıza, vicdanınıza. Dahi Azərbaycan şairəsi Elza Seyidcahan demiş, “Tikək sizin ağzınızı”. Qıyıqla həm də. Bəlkə nahaq danışmayasınız, başqasının haqqına girməyəsiniz. Üzr də istəmirəm, çünki bu, bir şeirdir”, – deyə o qeyd edib. Dominos pizza

Əməkdar artist Elza Seyidcahan da paylaşımın şərh bölməsində Nadir Qafarzadəyə cavab verib:

“Nadir, əzizim, mənim tüpürcəyə aid də şeirlərim var. Gərək onu da deyərdin ki, “Tüpürüm sizə hündür ağac başından? Tüpürdüz mənə alçaq ağac altından?” – deyə sənətçi yazıb.

Aydan Hacı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!