İcra başçısı deyillər,   amma rayona rəhbərlik edirlər-SİYAHI

saytların hazırlanması

Evə çatdırılma

İcra başçısı deyillər, amma rayona rəhbərlik edirlər-SİYAHI

Siyasət

18 Fevral 2026 16:58 4458


Azərbaycanda hazırda 5 rayon və şəhərə icra başçısı deyil, onların müavinləri rəhbərlik edir.

“Yeni Sabah” xəbər verir ki, bunlar Bakının Qaradağ rayonu, Naftalan, Naxçıvan şəhərləri, Gədəbəy və Naxçıvan Muxtar Respublikasının Culfa rayonlarıdır.

Buna səbəb həmin rayon və şəhərlərdə icra başçısının olmamasıdır. Pepperoni pizza

Qaradağ Rayon İcra Hakimiyyətində icra başçısının səlahiyyətləri müvəqqəti olaraq birinci müavin Emil Abbasov icra edir.

Hazırda Gədəbəyə icra başçısının müavini Natiq Nağıyev rəhbərlik edir.

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini başçının müavini, sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri Arzu Məmmədov yerinə yetirir.

Culfanın icra başçısı vəzifəsini müvəqqəti olaraq Sara Hüseynova icra edir.

Naxçıvan şəhərinin müvəqqəti rəhbəri isə icra başçısının birinci müavini Əhməd Vəliyevdir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!