Ötən gün Goranboyda ağır yol qəzası baş verib, bir nəfər ölüb.
“Yeni Sabah” xəbər verir ki, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.
Qəzada dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub. Dominos pizza
Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.
ONA
Telegram kanalımız