İctimai Birlik ittihamlara cavab verdi: Həmin “qazilər”lə bağlılığımız yoxdur 

saytların hazırlanması

Evə çatdırılma

İctimai Birlik ittihamlara cavab verdi: Həmin “qazilər”lə bağlılığımız yoxdur 

Sosial

20 May 2021 16:53 1519


Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi saxta Qarabağ qazilərinin təhdidi ilə üzləşən iş adamı Cavanşir Talıbovun ittihamlarına münasibət bildirib.

İB-dən “Yeni Sabah”a daxil olan açıqlamada bildirilir ki, son günlər saytlarda həqiqəti əks etdirməyən yazıların tirajlanması Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin nüfuzuna qarayaxma kampaniyasının bir hissəsidir.

“Bildirmək istəyirik ki, Heydər Əliyev prospektində yaranmış münaqişə ilə bağlı adları çəkilən Musayev Sərxan, Soltanov Əhməd, Hacıyev Məmmədəli və digər şəxslərin Vətən Müharibəsi Əlillərinə Kömək İctimai birliyi və Sədri Qurban Məmmədov ilə heç bir bağlılığı yoxdur. Toyuqlu pizza

Adıçəkilən şəxslər Vətən Müharibəsi Əlillərinə Kömək İctimai birliyinin üzvü deyillər.

Araşdırmalarımız nəticəsində məlum olmuşdur ki, münaqişə 2019-cu ildə olmuş, zamanında hüquq mühafizə orqanları tərəfindən lazımi hüquqi addımlar atılmışdır.

Bu münaqişənin Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədov ilə heç bir bağlılığı yoxdur. Dərc edilmiş məlumatlar təmamilə dezinformasiyadır və təşkilatın şəhid və qazi ailələri ilə bağlı məqsədyönlü fəaliyyətinə qarşı yönəlmiş qara yaxma kampaniyasının bir hissəsidir.

Təşkilatın sədri ilə bağlı mətbuatda əsassız ittihamlar irəli sürən şəxs Talıbov Aydın Cavanşir oğlu ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyi tərəfindən hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir”.

Xatırladaq ki, A. Talıbov “Yeni Sabah”a açıqlamasında vaxtilə “qazilər”in hücumuna məruz qaldıqlarını bildirmişdi. O, həmin dəstənin özü və atasına ziyan vurduğunu bildirmişdi. Həmçinin, həmin “qazilərə” Vətən Müharibəsi Əlillərinə Kömək İctimai birliyinin sədri Qurban Məmmədovun rəhbərlik etdiyini iddia etmişdi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!