İki həftəyə 2 milyarda yaxın qazandılar

saytların hazırlanması

Evə çatdırılma

İki həftəyə 2 milyarda yaxın qazandılar

Şou

14 Avqust 2026 19:41 73


“Hörümçək-adam: Yeni gün” (“Spider-Man: Brand New Day”) filmi Şimali Amerika kassalarında rekord göstəriciyə imza ataraq iki həftədən az müddətdə 700 milyon dollardan çox gəlir əldə edib. 

“Yeni Sabah” “Numbers” analitik portalına istinadən xəbər verir ki, ekran əsərinin ABŞ-dəki kassa yığımları hazırda 704,6 milyon dollara çatıb.

Məhsul beynəlxalq bazarlardan isə əlavə olaraq 1,108 milyard dollar qazanıb. Bununla da filmin dünya üzrə ümumi gəliri nümayişə başlandıqdan sonra cəmi iki həftə ərzində 1,813 milyard dollara yüksəlib. pizza

Qeyd edək ki, iyulun 31-də dünya prokatına çıxan “Hörümçək-adam: Yeni gün” filmində Piter Parker obrazını Tom Holland canlandırır. Ekran əsərində həmçinin Zendaya, Sedi Sink, Con Bantal, Mark Ruffalo, Florens Pyu, Ceykob Batalon və Maykl Mendo kimi tanınmış aktyorlar rol alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!