Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb

Siyasət

15 Oktyabr 2026 17:56 100


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev Qətər Dövlətinin Əmirinə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirakına görə minnətdarlığını ifadə edərək, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirdi.

Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Qətərin Əmiri Şeyx Təmim bin Həməd Al Tani AQEM-in Zirvə Görüşünün yüksək səviyyədə təşkil edildiyini vurğuladı və ölkəmizin beynəlxalq tədbirləri uğurla keçirməklə bağlı zəngin təcrübəsinin olduğunu dedi. pizza mizza

Qətər Əmiri Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını vurğuladı.

Azərbaycan Prezidenti və Qətərin Əmiri ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluqlarını bildirdilər, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar, hökumətlərarası komissiyanın fəaliyyətinə toxundular.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!