Şəmkirdəki "N" saylı hərbi hissədə həlak olan əsgər Orxan Şabanov ailənin tək övladı imiş.
“Yeni Sabah” xəbər verir ki, Oxu. Az-ın əldə etdiyi məlumata görə, Orxan 1 il 3 ayın əsgəri olub və hərbi xidməti başa vurmasına 3 ay qalıbmış.
O bu ayın əvvəlində nümunəvi əsgər kimi hərbi hissə komandiri tərəfindən məzuniyyətə göndərilibmiş. Məzuniyyəti başa çatan Orxan yenidən hərbi hissəyə qayıdıb və xidmətini davam etdirməyə başlayıb. Oktyabrın 13-də Orxan hərbi hissədə aldığı güllə yarasından dünyasını dəyişib. Toyuqlu pizza
Məlumata görə, Orxan uşaq olanda atası ilə anası ayrılıblar və o, anasının himayəsində böyüyübmüş.
Telegram kanalımız