Valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə qəbul olunarkən birdəfəlik müavinət alırlar.
Bu barədə "Yeni Sabah"a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Məlumata görə, müavinət valideyn himayəsindən məhrum olmuş uşaqlara, eləcə də bu kateqoriyaya aid olan ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək şəxslərə şamil edilir. pizza hut
Belə ki, qeyd olunan kateqoriyadan olan şəxslər ilk dəfə işə düzələn zaman 6000 manat məbləğində birdəfəlik müavinətlə təmin olunurlar. Bu dəstək onların əmək fəaliyyətinə başlaması və müstəqil həyata qədəm qoyması üçün nəzərdə tutulub.
Aytac Əliyeva
Telegram kanalımız